?Gündüzdür

?Gecədir

Qanmayacayam

Döşünməyəcəyəm

Dayanmışam

Dəli savaşdır yaxama yapışan

Bir dönümdəyəm

Bir döngədəyəm

Təbriz dadındadır bu döngə

dün gecə üç şərəf asdilar burda

40

dərəcə həzyan içində

Və o qiz

Gözlərimdəki o qiz

Dırnağların sındırdı ölümlə doğuşarkən

Dün gecə

Gızlı-gızlı

Məni

Mənim içimdəki o məni

Mənin içindəki vətəni asdilar

dayanmışam

Bir dönümdəyəm

Bir döngədəyəm

Ölüm daşiyir bu döngə....

Yaxamdan çəkişib bu savaş

boğazımdan yapışan....